Türkiyədə dələduzluq və cinayətkar təşkilata üzv olmaq ittihamı ilə mühakimə olunan 21 nəfərlə bağlı məhkəmə prosesi başa çatıb. İş üzrə çıxarılan hökmə əsasən, təşkilatın lideri Onur Apaydın 231 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər vətəndaşlara ucuz avtomobil satışı vədi verərək onları aldadıblar. İşə Türkiyə Kiçikçəkməcə 5. Ağır Cəza Məhkəmısində baxılıb.
Qərara əsasən, digər əsas fiqurlardan İlker Oflu "cinayətkar təşkilata üzv olmaq” maddəsi ilə 2 il 6 ay həbs cəzası alıb. Lakin onun barəsində irəli sürülən çoxsaylı dələduzluq epizodları üzrə kifayət qədər sübut olmadığı üçün həmin ittihamlar üzrə bəraət verilib və o, azadlığa buraxılıb.
İş üzrə təqsirləndirilənlər arasında olan sosial media fenomeni Bahar Candan da "cinayətkar təşkilata üzv olmaq” maddəsi ilə 2 il 6 ay həbs cəzasına məhkum edilib.
Digər tərəfdən, Nihal Candan (Gülnihal Çiçək) barəsində açılan cinayət işinə onun vəfat etməsi səbəbindən xitam verilib.
Məhkəmə qərarı ilə bəzi digər təqsirləndirilən şəxslərə də müxtəlif müddətli həbs cəzaları verilib, bir qismi isə bəraət alıb.
Günay
Şərhlər