Çində artan Çikungunya qızdırması halları səbəbindən 3-cü səviyyəli "ictimai səhiyyə fövqəladə vəziyyəti” elan edilib.
Qaynarinfo xəbər verir ki, Çinin cənubundakı Quandun əyalətinin Jiangmen şəhərində ağcaqanadlardan keçən virusun səbəb olduğu Çikungunya qızdırmasına yoluxanların sayı 1714-ə yüksəlib. Bildirilir ki, bölgədə səhiyyə orqanları epidemiya səbəbilə 3-cü səviyyəli "ictimai səhiyyə fövqəladə vəziyyəti” elan ediblər.
Jiangmendə 19 sentyabra qədər 1 714 hal aşkar edilib, bütün halların yüngül olduğu, ağır xəstə və ölüm hadisəsinin qeydə alınmadığı vurğulanıb.
Ağcaqanadlardan keçən eyni adlı virusun səbəb olduğu Çikungunya qızdırması özünü yüksək hərarət və oynaq ağrıları ilə göstərir. Xəstəlik oynaqlarda şişkinlik, əzələ ağrısı, baş ağrısı, ürəkbulanma, yorğunluq və dəridə səpgilərə səbəb ola bilər.
Günay
Şərhlər