Çin hakimiyyəti müəllimlərdən və digər dövlət sektoru işçilərindən xarici pasportlarını təhvil vermələrini tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times”
yazır.
Bu kampaniya yerli məmurlara vətəndaşların xaricə necə tez-tez və hara səfər etmələrinə nəzarət etmək və izləmək imkanı verən "xarici şəxsi səyahətlərin idarə edilməsi” çərçivəsində həyata keçirilir. Nəşr izah edir ki, məqsəd hökumətdə korrupsiyanı azaltmaq və casusluğa qarşı mübarizə aparmaqdır.
FT Çin dövlət sektoru işçiləri ilə müsahibələrə və Çin təhsil bürolarının bildirişlərinə istinad edərək yazır ki, xaricə səyahət qadağaları keçən illə müqayisədə xeyli genişləndirilib. İndi qadağalar məktəblərin, universitetlərin, yerli hakimiyyət orqanların və hökumət qruplarının sıravi əməkdaşlarına şamil edilir.
Çinli müəllimlərdən birinin sözlərinə görə, xarici səfər etmək istəyən, bu cür sorğulara rədd cavabı verməyi üstün tutan Şəhər Təhsil Bürosuna müraciət etməlidir. Böyük ehtimalla, bu cür məhdudiyyətlər üçün əsas 2003-cü ildə qəbul edilmiş Milli Qaydalardır ki, bu da orta və yüksək vəzifəli şəxslər üçün səyahət məhdudiyyətləri sistemini müəyyən edir və yerli hökumətlərə Dövlət qulluqçularının bütün beynəlxalq səfərləri üçün xüsusi tənzimləmələr tətbiq etməyə imkan verir.
FT-yə görə, Kommunist Partiyası tələbələr arasında öz ölkəsinə sədaqət aşılamağa çalışır və onların hüdudlarından kənarda qarşılaşa biləcəkləri ideyalardan narahatdır. Xaricə səyahət edən müəllimlərə Çində qadağan edilmiş Falunqun hərəkatının nümayəndələri və ya hər hansı digər "düşmən xarici qüvvələr”lə ünsiyyət qurmaq qadağandır.
Nizami Bağırov
Şərhlər