Xəbər lenti

Çində süni intellektlə bağlı ilk həbs - ChatGPT-də feyk xəbər
Dünya06:38 12.05.2023

Çində süni intellektlə bağlı ilk həbs - ChatGPT-də feyk xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Qansu əyalətindən olan şəxs ChatGPT süni intellekt chatbotundan qatar qəzası ilə bağlı saxta xəbər yaratmaqda şübhəli bilinərək saxlanılıb. 
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu, Çində süni intellektlə bağlı ilk həbsdir. Ümumiyyətlə, Pekin deepfake texnologiyaları ilə bağlı qaydaları sərtləşdirir.
Pingliang Şəhər Polis Departamentinin məlumatına görə, aprelin 25-də Qansu əyalətində qatarın relsdən çıxması nəticəsində 9 işçinin həlak olması ilə bağlı saxta xəbər sosial mediada 15 mindən çox baxış toplayıb.
Yanvarın 10-dan qüvvəyə minən Çinin yeni feyklərə qarşı qaydaları, xidmət təminatçılarına və istifadəçilərinə yalan məlumat yaratmaq və yaymaq üçün bu cür texnologiyadan istifadə etməyi qadağan edir.
Polisin verdiyi açıqlamaya görə, Baidu-ya məxsus Baijiahao sosial şəbəkəsindəki 25 hesab dərhal saxta qəza barədə məlumat verib.
Honq soyadlı şübhəlinin şəxsiyyəti müəyyən edilib və polis bütün hesabları izlədikdən və onun şirkətinin əli olduğunu müəyyən etdikdən sonra yalan məlumat yaydığı üçün həbs edilib.
Polisin məlumatına görə, Honq ChatGPT tərəfindən yaradılan xəbərləri redaktə edib və onu Baidu-ya məxsus platformaya yükləyib. İstintaq davam edir.
Alpər