Xəbər lenti

Çindən Pelosiyə əzələ nümayişi: Tayvan boğazında hərbi təlimlər başladı
Dünya10:36 30.07.2022

Çindən Pelosiyə əzələ nümayişi: Tayvan boğazında hərbi təlimlər başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin ordusu iyulun 30-u şənbə günü yerli vaxtla səhər saat 8:00-dan axşam saat 21:00-a kimi Tayvan boğazında həqiqi döyüş sursatının istifadə ediləcəyi hərbi təlim keçirəcəyini açıqlayıb.
Qaynarinfo bu barədə "Wionews"a istinadən xəbər verir.
Açıqlamasında Çin ordusu bölgəyə girişi qəti şəkildə qadağan edib.
Məlumatlı mənbələr bu hərbi təlimi Çinin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı açıqlamasına reaksiya kimi qiymətləndirib.
Qeyd edilir ki, Pelosinin yaxın gələcəkdə Asiya turunda Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura səfəri planlaşdırılır, həmçinin bu səfərlər arasında Çinin xəbərdarlıqına baxmayaraq, Tayvan görüşü də planlaşdırılır.
M.Arif