Xəbər lenti

Çinin müdafiə naziri vəzifəsindən azad edildi
Dünya11:47 24.10.2023

Çinin müdafiə naziri vəzifəsindən azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən azad edilib.
Qaynarinfo xəbər verir ki, məlumatı Çin KİV-i yayıb.
Qeyd edək ki, bir müddət əvvəl onun itkin düşdüyü barədə xəbərlər yayılmışdı. ABŞ kəşfiyyatı onun səlahiyyətlərinin dayandırıldığını və yaxud istintaq altında olduğuna dair məlumat yaymışdı. Li Şanfu təxminən 7 ay əvvəl, martın 12-də müdafiə naziri vəzifəsinə keçib.
O, 2018-ci ildə Rusiyadan "Su-35” qırıcıları və "S-400” komplekslərinin alınması ilə bağlı ABŞ-ın sanksiyalarına məruz qalıb. General Çin lideri Si Cinpinə yaxın adamlardan sayılır. Rütbəlilər arasında onun sürətlə yüksəlməsi bu amillə izah edilir.