Çin 2026-cı ilin noyabr ayında Tayvana hücum edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri Qərb kəşfiyyatındakı mənbələrinə istinadən yazıb.
Mənbələrə görə, gələn ilin noyabr ayında ABŞ-da keçiriləcək aralıq parlament seçkiləri Amerikada siyasi böhrana və daxili iğtişaşlara səbəb olarsa, işğal başlaya bilər.
Qeyd olunur ki, Pekin tərəflərdən birinin seçki nəticələri ilə razılaşmaması nəticəsində yarana biləcək ABŞ-dakı mümkün siyasi böhranı amerikalılar öz işləri ilə məşğul olarkən müharibəyə başlamaq şansı kimi nəzərdən keçirir.
"Çin hərbi məqsədlər üçün çox sayda mülki bərəni modernləşdirir və 2026-cı ilin sonuna qədər 70-dən çox böyük bərə tikməyi planlaşdırır. Əgər Si Cinpin Tayvanın ilhaqının başqa yolla mümkün olmadığına inanırsa, ölkə hərbi işğalı seçəcək", deyə analitik May-Britt Stumbaum nəşrə bildirib.
Aydın
Şərhlər