
Cinsiyyət dəyişdirərək kişi olan türkiyəli aktyor Rüzgar Erkoçlar ailə həyatı qurub.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Erkoçlar dünən Tuğba Bəyazoğlu ilə evləniv. Nikah mərasiminə cütlüyün ailə üzvləri, həmçinin sənət aləmindən çox sayda insan qatılıb.
Nikah şahidləri kimi jurnalist Çingiz Səmərcioğlu və müğənni Seren Serengil təyin edilmişdi, lakin Serengil güclü yağışdan sonra İstanbulda yaranan sel səbəbilə mərasimdə iştirak edə bilməyib. Şahidlik vəzifəsini gəlinin dostları Süheyla Dağıstanlı və Sevda Taşçı öz üzərinə götürüb.
Cütlük toy mərasimindən əvvəl mətbuat qarşısına çıxıb.Rüzgar Erkoçlar "Çox həyəcanlıyam, elə bir şey hiss eləmirəm. Film çəkilişlərim davam etdiyi üçün hələlik bal ayına çıxmayacağıq." deyib.











Gülşən
Qaynarinfo.Az