Xəbər lenti

Dünya 12:53 01.02.2024

CNN: Zalujnı bu həftə USQ-nin baş komandanı vəzifəsindən azad ediləcək

Ukrayna prezidenti Vladimir Zelenskinin bu həftənin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnının istefası ilə bağlı fərman imzalayacağı gözlənilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı yanvarın 29-da Ukrayna prezidentinin kabinetinə çağırılıb və orada dövlət başçısı gözlənilən vəzifəsindən azad olunacağını bəyan edib. Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanına başqa vəzifə tutmağı təklif etsə də, o, bundan imtina edib.

CNN mənbələrinin məlumatına görə, Zalujnının mümkün varisləri kimi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırskinin adı çəkilir. Hərbi kəşfiyyat rəhbəri hərbi əməliyyatlar şəraitində bu məsələ ilə bağlı jurnalistlərlə əlaqə saxlamayacağını, "bütün tərəflərin informasiya müharibəsi də daxil olmaqla bütün mümkün vasitələrdən istifadə etdiyini” əsas gətirərək bildirib. Sırskinin ofisi kanalın müvafiq sorğusuna cavab verməyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->