Xəbər lenti

Coca-Cola bu şirkəti 5,1 milyard dollara aldı
Dünya09:28 31.08.2018

Coca-Cola bu şirkəti 5,1 milyard dollara aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"British Whitbread" "Costa Coffee" qəhvə marketlər zəncirini "Coca-Cola"ya 3,9 milyard funt-sterliqə (təxminən 5,1 milyard dollar) satmağa qərar verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə səs çoxluğu ilə Whitbread idarə heyəti tərəfindən təsdiqlənib. Şirkət idarəçiliyi sərmayədarların maraqları naminə belə bir qərarın qəbul olunmasının doğru olduğunu hesab edir.
Qeyd edək ki, "Costa Coffee" 1971-ci ildə qurulub. "British Whitbread" hissə dəyərləri 39 olanda 1995-ci ildə şirkəti alıb. "Costa Coffee" hazırda İngiltərətə təsminən 2,4 min qəhvəxanası və 7,1 min qəhvə dükanı var. Qəhvə mağazaları zənciri 30-dan çox ölkədə fəaliyyət göstərir. Satışın 2019-cu ilin aprel ayında gerçəkləşəcəyi bildirilir.