Xəbər lenti

Consonun tərəfdarları Rişi Sunakın Baş nazir olmasına mane olacaqlar
Dünya18:45 10.07.2022

Consonun tərəfdarları Rişi Sunakın Baş nazir olmasına mane olacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstefa verdiyini açıqlayan Böyük Britaniyanın Baş naziri Boris Consonun tərəfdarları keçmiş Maliyyə naziri Rişi Sunakın Baş nazir və Mühafizəkarlar Partiyasının lideri postunu tutmasına mane olacaqlar. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşrin məlumatına görə, məmurlar Sunakı Consonu vaxtından əvvəl getməsinə təhrik etməkdə ittiham edirlər. Onun və səhiyyə naziri Sacid Cavidin istefasından sonra 50-dən çox məmur hökuməti tərk edib. İki gün sonra isə Conson istefa verdiyini açıqlayıb.
Bundan sonra Sunak Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri postlarına namizədliyini irəli sürüb. İyulun 8-də o, Consonun baş nazir kimi fəaliyyətinə işarə edən "təsəlli nağıllarına” son qoyacağına söz verdiyi bir video yayımlayıb.
FT-nin məlumatına görə, Consona sadiq nazirlərdən biri bildirib ki, onun müttəfiqləri Sunakın seçkilərdə qalib gələ bilməyəcəyinə əmin olmağa çalışacaqlar. "Rişi baş nazirin devrilməsi prosesinə rəhbərlik etdiyi üçün layiq olduğu hər şeyi alacaq", deyə nəşr həmin nazirin sözlərindən sitat gətirir.
Conson iyulun 7-də Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifəsini tərk etmək qərarını açıqlayıb. O, vəzifəyə yeni şəxs təyin olunana qədər vəzifələrini icra edəcəyini bildirib. Conson vurğulayıb ki, seçim prosesi indi başlamalıdır.
İstefa qərarından əvvəl bir sıra məmurlar hökuməti tərk edib. Bu, cinsi qısnamada ittiham olunan deputat Kris Pinçer hökumət postuna təyin edildikdən sonra başlayıb.
Nizami Bağırov