Myanmada Ümumdünya Səhiyyə Təşkilatının avtomobilinə silahlı hücum olub.
Qaynrainfo xarici mətbuata istinadən cəbər verir ki, bu barədə BMT-nin Myanma nümayəndəliyinin sosial şəbəkə hesabında məlumat verilib. Məlumata görə, ÜST-ə aid avtomobil koronavirus xəstələrindən götürülən testləri aparırmış. Hadisə nəticəsində avtomobilin sürücüsü həyatını itirib.
Testlər ölkənin Səhiyyə və İdman Nazirliyinin rəsmiləri tərəfindən lazımi ünvana çatdırılıb.
Hücumu kimlərin törətdiyi isə hələlik məlum deyil.
Camal