
Rusiya Səhiyyə Nazirliyinin baş ştatdankənar pulmonoloqu, Seçenov Universitetinin Pulmonologiya şöbəsinin müdiri Sergey Avdeyev bildirib ki, koronavirus testi pasiyentdən materialın düzgün götürülməməsi üzündən təxminən 30-40% halda yanlış-mənfi nəticə göstərə bilər.
Qaynarinfo onun sözlərinə istinadla xəbər verir ki, test sistemlərinin nə qədər həssas olduğu şübhəsizdir, bununla belə, yalnış-müsbət testlərdə yanlış vəziyyət üçdə birdən çox ola bilər.
"Problem testin keyfiyyətində deyil, problem materialların alınmasındadır. Deyək ki, material zəif götürülür, sadəcə səthi, təəssüf ki, belə olan halda yalnış-mənfi nəticə əldə etmək şansımız var”, - həkim deyib.
Avdeev çox şeyin bir insandan material alma müddətindən də asılı olduğunu qeyd edib, çünki xəstəliyin ilkin mərhələlərində müsbət test nəticəsi əldə etmək şansı daha çoxdur. Ayrıca, yoluxmuşların 95%-də infeksiyanın inkubasiya müddəti 2-6 gün davam edir.
Pulmanoloq koronavirusun əsas simptomlarının hərarət, öskürək, halsızlıq, nəfəs darlığı və baş ağrısı olduğunu xatırladıb. Bundan əlavə, xəstələrin yarısında qoxu və dadbilmə pozuntusu olur.
Alpər