İsveçrə parlament komitəsinin qeydinə əsasən, yerli "Credit Suisse” bankının iflasının səbəbləri ilə bağlı parlament araşdırmasının sənədləri 50 il müddətinə "məxfi" kimi təsnif ediləcək - belə yüksək məxfilik dərəcəsi İsveçrə tarixçilərinin narahatlığına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” Reuters agentliyinə istinadən
yazır.
Qeydə əsasən, ictimaiyyətin böyük marağına səbəb olan araşdırmanın yüksək səviyyədə məxfiliyini təmin etmək üçün istintaq komissiyası öz materiallarını standart 30 ildən daha uzun müddətə İsveçrə Federal Arxivinə təhvil verəcək.
İstintaq, mart ayında UBS bankı tərəfindən "Credit Suisse”in sürətli satın alınmasına qədərki dövrdə İsveçrə hökumətinin, maliyyə tənzimləyicisinin və mərkəzi bankın hərəkətlərinə diqqət yetirir.
Baş prokurorluğun aprelin 2-də verdiyi məlumata görə, İsveçrə federal prokurorluğu, həmçinin hökümətin təşəbbüsü və yardımı ilə UBS bank qrupu tərəfindən "Credit Suisse”in satın alınması ilə bağlı araşdırmaya başlayıb.
Nizami Bağırov