Xəbər lenti

D18 Hərəkatı mitinqə hazırlaşır - FOTO
Siyasət10:42 15.09.2016

D18 Hərəkatı mitinqə hazırlaşır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

D18 Hərəkatı sentyabrın 18-nə təyin olunmuş mitinqə hazırlaşır.

Bu barədə məlumatı Qaynarinfo.Az-a hərəkatın başqanı Ruslan İzzətli verib. 

Ruslan İzzətli bildirib ki, İdarə Heyətinin üzvü Samira Agayeva 18 sentyabr mitinqinə görə universitet təmsilçiləri ilə görüşüb:"Mitinqə görə özək və rayon şöbə başqanları ilə görüşlər keçirilir və müzakirələr aparılır".

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 18-nə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq təyin edib. Mitinq 15:00-da “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda başlayacaq. Aksiya “Yaşasın Respublika” şuarı altında keçiriləcək.

Qafqaz Rafiqoğlu 

Qaynarinfo.Az