Xəbər lenti

Daha bir dünya ulduzu Bakıda (FOTO)
Maqazin08:42 29.04.2018

Daha bir dünya ulduzu Bakıda (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Qran-prisi çərçivəsində "Baku Crystall Hall”da səhnəyə çıxmağa hazırlaşan dünya şöhrətli gənc müğənni Dua Lipa Bakıdadır.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "Instagram” hesabında məlumat verib.
Dünən gecə Bakıya gələn ifaçı uzun yol qət etdiyini yazıb:
"Uşaq vaxtı hansı bayrağın hansı ölkəyə aid olmasını tapmaq hobbim idi. Ona görə də, Azərbaycan bayrağını paylaşıram. Bütün günüm yolda keçib, axır ki, Azərbaycana çatdım. Bu, Asiyada ilk konsertimdir. "Formula 1” yarışlarını izləmək üçün çox həyəcanlıyam”.
Qeyd edək ki, Dua Lipa həmkarı – Kristina Aquileradan fərqli olaraq səhnədə 2 saat yox, 1 saat 15 dəqiqə performans sərgiləyəcək.