
Çad Qətərlə diplomatik əlaqələri kəsib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Qətərli diplomatlardan 10 gün ərzində ölkəni tərk etmək tələb edilib. Bu barədə Çadın xarici işlər nazirliyi məlumat yayıb. Açıqlama bildirilir ki, Çad bölgədəki sülh və təhlükəsizlik üçün bu addımı atır. Ölkə həmçinin Qətərdəki diplomatik nümayəndələri geri çağırmaq barədə qərar qəbul edilib.
Qeyd edək ki, 5 iyundan bəri körfəz ölkələri Qətəri terrorizmə dəstək verməkdə günahlandırır və diplomatik əlaqəri kəsib.
Bundan əlavə Qətər və vətəndaşlarına buna görə sanksiyalar tətbiq edilir.
Gülşən
Qaynarinfo.Az