Xəbər lenti

Daha bir ölkə uydurma “erməni soyqırımı”nı tanıdı
Dünya08:12 26.04.2017

Daha bir ölkə uydurma “erməni soyqırımı”nı tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çexiya parlamentinin deputatlar palatası uydurma “erməni soyqırımı”nı pisləyən qətnamə qəbul edib.

"Qaynar"ın APA-ya istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 104 deputat səs verib.

Sənəddə qondarma “erməni soyqırımı” insanlığa qarşı cinayət adlandırılır.

Qətnamə layihəsi Sosial-demokratlar partiyasından olan deputat Robin Beniş tərəfindən parlamentə təqdim olunub.

O bildirib ki, uydurma “soyqırımı”nın 102-ci ildönümündə bu qətnamənin qəbulu simvolik xarakter daşıyır.

Qaynar.Az