Honduras Prezidenti Siomara Kastro koronavirusa yoluxub.
Qaynarinfo-nun məlumatına görə, prezident bu barədə "Twitter" səhifəsində yazıb.
O, xəstəliyi yüngül keçirsə də, məsafədən işləyəcəyini açıqlayıb.
Qeyd edək ki, ölkədə pandemiyanın başlanğıcından indiyədək 392 mindən çox yoluxma halı aşkarlanıb, 10,5 min nəfər koronavirusdan ölüb.