Xəbər lenti

Daha bir mədəni su basdı; 12 işçi dağıntılar altında
Dünya19:58 31.10.2014

Daha bir mədəni su basdı; 12 işçi dağıntılar altında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mədənçilərin xilasetmə işləri 3 günədək çəkə bilər

2010-cu ildə 60-dan çox mədənçinin öldüyü Kolumbiyadakı bir kömür mədənini su basıb.

ANS PRESS-in məlumatına görə, 12 mədənçi ilə əlaqə kəsilib. Mədənçilərin xilasetmə işləri 3 günədək çəkə bilər.

Cənubi Amerika ölkəsinin şimal-şərqində yerləşən kömür mədənində qəfildən yaranan su basqını nəticələrinin aradan qaldırılması üçün bölgəyə xeyli sayda xilasedici cəlb olunub.

Kolumbiyanın Dağ-qazma və Enerji Nazirliyindən verilən açıqlamada bildirilir ki, mədənçilərin xilas edilməsi üçün mümkün bütün işlər görülür.

Qeyd edək ki, 2010-cü ildə baş verən qəza zamanı 60-dan çox mədənçi həyatını itirmişdi.

Qaynar.info