Fələstinin Beytüllahim şəhəri yaxınlığında məscid yandırılıb.
“Qafqazinfo” CİHAN-a istinadən xəbər verir ki, məscidin səhər namazından əvvəl yandırıldığı, ərəbləri təhqir edən ifadələrin divarlara yazıldığı bildirilir. Məsdicin divarlarına İsrail simvolu olan “Davud ulduzu” çəkilib. Yerli sakinlər yanğını söndürüblər.
Onların sözlərinə görə, şəhərdən 10 km aralı məsafədə “Guş Etzion” adlı yaşayış məntəqəsində yəhudilər qalır, onlar tez-tez məscidə hücum edirlər.
Qaynar.info