XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Daha bir ulduz DÇ 2022-də olmayacaq
İdman07:24 04.11.2022

Daha bir ulduz DÇ 2022-də olmayacaq

Bu ay Qətərdə keçiriləcək dünya çempionatında daha bir ulduz oynamayacaq.
Qaynarinfo xəbər verir ki, Almaniya millisinin futbolçusu Timo Verner də mundialı kənardan izləməli olacaq. Bundesliqa təmsilçisi "Leypsiq"in üzvü zədə səbəbindən ilin sonuna kimi oynaya bilməyəcək. 
"Leypsiq"dən verilən məlumata görə Verner UEFA Çempionlar Liqasında Ukrayna təmsilçisi "Şaxtyor"la qarşılaşmanın 19-cu dəqiqəsində topuğundan zədələnib. Müayinədən sonra təcrübəli hücumçunun sol topuq bağlarının yırtıldığı və onun ilin sonuna kimi oynaya bilməyəcəyi müəyyənləşib.
Verner Qətərdə keçiriləcək dünya çempionatında zədə səbəbindən oynaya bilməyəcək yeganə futbolçu deyil. Mundilada N'Qolo Kante, Pol Poqba,  Rafael Varan (Fransa), Diogo Jota, Pedro Neto (Portuqaliya), Paulo Dybala (Argentina), Artur Melo (Braziliya), Corcinya Viynaldum (Niderland), Ronald Aroujo (Uruqvay), Romelu Lukaku (Belçika) kimi futbolçular da oynamayacaq.
Səbuhi Həsənov