Xəbər lenti

Daha dörd bank bağlandı
Dünya07:18 19.12.2016

Daha dörd bank bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Mərkəzi Bankı daha dörd bankın lisenziyasını geri çağırıb.

Rusiya mətbuatı xəbər verir ki, bunlar “Mir”, “İdeya Bank”, “Voloqdabank” və “Forus” bankdır. 

Mərkəzi Bankın məlumatına əsasən, “Forus” bankı kredit portfelini qeyri-adekvat qiymətləndirib və bununla bağlı risklər qəbul edib. Bank sistemində 264-cü yeri tutan “İdeya bank” terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı tələblərə əməl etməyib. 

“Mir” bankı isə şübhəli köçürmə əməliyyatlarında iştirak edib. “Voloqdabank”ın lisenziyasının geri çağırılmasına səbəb real maliyyə göstəricilərini gizlətməsidir. Lisenziyaları ləğv edilən dörd bank əmanətlərin sığortalanması sisteminin üzvüdür.(azvision.az)

Qaynarinfo.Az