
Dağıstan əsilli “Sümeyye” kod adlı Kristina Tixonovanın intihar terroru etmək üçün Türkiyəyə gəldiyi barədə irəli sürülüb.
"Sputnik.az" xəbər verir ki, Tixonovanın 18 fevralda Moskvadan İstanbula gəldiyi barədə xəbər yayılandan sonra kəşfiyyat qurumları hərəkətə keçib.
18 yaşında olan terrorçu qadının Dağıstanda olan yoldaşlarına "Türkiyədə özümü partladacağam, 2 həftəyə qədər cənnətə gedəcəyəm" deyərək vida etdiyi məlumatı da kəşfiyyat hesabatlarına əks olunub.
Terrorçu haqqında əldə edilən məlumatlar 2 martda gizli yazıyla 81 şəhərdəki qurumlarla paylaşılıb.
Qaynar.info