Xəbər lenti

Danilov Almaniyanı hərbi əməliyyatlarla hədələdi: Kiyevə tankları verməsəniz...
Dünya06:12 05.01.2023

Danilov Almaniyanı hərbi əməliyyatlarla hədələdi: Kiyevə tankları verməsəniz...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Almaniya kansleri Olaf Şolz Ukraynanı tanklarla təmin etməyəcəyi halda öz ərazisində müharibə aparmalı olacağıyla təhdid edib.
Qaynarinfo bu barədə RBC-ya istinadən bildirir.
"Əgər cənab Şolz almanların Berlin və Ştutqart yaxınlığında alman tanklarında ruslarla döyüşməsini istəsə, o, bu oyunu davam etdirə, tank verməyə ehtiyacımız olub-olmamasından asılı olmayaraq orada sosioloji araşdırma apara bilər”, – Danilov deyib.
Eyni zamanda, Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri vurğulayıb ki, Ukraynanın digər Qərb tərəfdaşları "münaqişənin qlobal mahiyyətini dərk edərək Kiyevə dəstəyi gücləndirirlər”. "Avropa üçün problemlər böyükdür və bunu başa düşən ölkələr bizə 150% kömək edirlər. Bunun lazım olduğunu yavaş-yavaş aydın görməyə başlayan ölkələr də bu hərəkata başlayıblar", - Danilov deyib.
Xatırladaq ki, Rusiya müharibəyə başlayandan bəri Ukrayna hakimiyyəti dəfələrlə Qərb dövlətlərinə tankların Kiyevə verilməsi xahişi ilə müraciət edib. Xüsusən də Almaniyaya belə müraciətlər edilib. Eyni zamanda, Almaniyanın müdafiə naziri Kristina Lambrext alyansdakı tərəfdaşlarla məsləhətləşmədən tankları Ukraynaya "tək” ötürməkdən imtina edib. Şolz bu mövqeyini Rusiya ilə NATO arasında münasibətləri gərginləşdirmək istəməməsi ilə izah edib.
Alpər