Xəbər lenti

Danilov NATO-nun Vilnüs sammiti haqda: “Rusiya imperiyasına nöqtə qoyuldu”
Dünya08:46 13.07.2023

Danilov NATO-nun Vilnüs sammiti haqda: “Rusiya imperiyasına nöqtə qoyuldu”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cümə axşamı, iyulun 13-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov NATO-nun Vilnüs sammitinin nəticələrini şərh edərkən deyib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin əldə etdiyi nəticə qələbədir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə telemarafonun efirində bildirib.
"Əlbəttə, biz istərdik ki, hər şey çox tez həll olunsun və bu sammitdə Alyansa üzvlüklə bağlı mövqeyimiz daha konkret həll olunsun, lakin həyat asan deyil, mürəkkəbdir. Ev tapşırığımızla məşğul olmalıyıq, bu asan deyil, ona görə də indi əminəm ki, prezidentimizin bu sammitdə əldə etdiyi nəticə və orada baş verənlər bizim qələbəmizdir”, - o bildirib.
Danilovun fikrincə, Ukrayna NATO-da olacaq, Rusiya imperiyası isə olmayacaq.
"Biz NATO-da olacağıq və buna heç bir şübhə yoxdur. Üstəlik, deyə bilərəm ki, məhz dünən rusların Rusiya imperiyasının inkişafı ilə bağlı düşüncələrinə yağlı nöqtə qoyulduğunu göstərdi. Rusiya imperiyası artıq mövcud olmayacaq”, -  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib. 
Aleksey Danilov əlavə edib ki, hələ də az adam G7 ilə bağlı təhlil edib, bu isə əsas məsələdir.
"G7-nin hər bir üzvü ilə təhlükəsizliyimizlə bağlı ayrı-ayrı sazişlərimiz olacaq. Bu, çox vacib bir məsələdir. Nüvə silahına malik olan ölkələr bizə kömək edəcəklər”, - deyə ukraynalı məmur bildirib.
Nizami Bağırov