XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Danimarka millisi Qətərdəki mundialda etiraz mesajı daşıyan forma geyinəcək
İdman06:57 29.09.2022

Danimarka millisi Qətərdəki mundialda etiraz mesajı daşıyan forma geyinəcək

Danimarka millisinin 2022-ci il dünya çempionatında geyinəcəyi formalar təqdim olunub.
Qaynarinfo xəbər verir ki, Qətərdə keçiriləcək mundialla bağlı Danimarka diqqətçəkən bir addım atıb. Ölkənin millisinin geyniyəcəyi formaların təqdimatında onların bir mesaj daşıdığı bildirilib.
Formanın sponsorunun açıqlamasında isə "Bu forma bir mesaj daşıyır. Biz minlərlə insanın həyatı bahasına başa gələn turnirdə görünmək istəmirik. Biz Danimarka millisini tam dəstəkləyirik, lakin bu, ev sahibi olan Qətəri dəstəkləmək demək deyil” - ifadələri yer alıb.
Qətərdəki mundialda insan haqlarının pozulmasından əlavə, turnir üçün tikilən stadionların inşası zamanı minlərlə miqrant həyatını itirib. Bu səbəbdən dünya futbolunun bir çox aparıcı adları Qətərdə keçirilən turnirə etiraz əlaməti olaraq həmin ölkəyə getməyəcəklərini açıqlayıblar.
Səbuhi Həsənov