Xəbər lenti

Danimarkalı siyasətçi: "Qarabağ”a dəstək üçün stadionda olacağıq”
İdman13:01 10.08.2017

Danimarkalı siyasətçi: "Qarabağ”a dəstək üçün stadionda olacağıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyn Arac 23 avqustda baş tutacaq “Kopengahen” - “Qarabağ” oyununda komandamızı dəstəkləyəcəyini bildirib.

Bu barədə məlumatı "Qaynarinfo"ya diaspora hərəkatı fəalı Elnur Eltürk verib. 

Onun sözlərinə görə, sabiq millət vəkili deyib ki, qardaş Azərbaycanın “Qarabağ” komandası Avropa futbolunda önəmli yer tutr: "Qarabağ” güclü komandadır ki, bu mərhələyə gəlib çatıb. Fikrimcə, “Qarabağ” Avropanın güclü komandasıdır. Futbolun müasir dünyamızda yeri böyükdür. “Qarabağ”ın Avropada oyunları Azərbaycanın təbliğatı üçün yaxşı fürsətdir. “Qarabağ” öz oyunları ilə Qarabağ məsələsini diqqətdə saxlayır. Biz 23 avqustda Azərbaycan və türk bayraqları ilə meydanda olub, ”Qarabağ”a öz dəstəyimiz göstərəcəyik. “Qarabağ” klubu ilə qürur duyuruq”.

Siyasətçi  Qarabağın işğalı ilə barışmadığını deyib: “Dəfələrlə mətbuata verdiyim açıqlamalarda da Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğal etdiyini bildirmişəm. Bütün beynəlxalq hüquq və qəbul olunmuş sənədlər işğalçı ölkənin əleyhinədir. Şübhəsiz ki, Qafqaz bölgəsinin lideri dövləti Azərbaycan öz torpaqlarını güc yoluyla ilə azad edə bilər. Ancaq hələlik Azərbaycan sülh prinsiplərini üstün tutur. Ermənistan unutmasın ki, səbrin də bir sonu var”.

Qaynarinfo.Az