Xəzər verdiyimiz ki, Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Qız Qalası" restoranında kütləvi dava olub. Dava sonda bıçaqlanma ilə nəticələnib.
Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Polis dava salan şəxsləri axtarır. Həmin şəxslərin hadisə yerindən gümüşü rəngdə "Toyota” markalı avtomobillə uzaqlaşdıqları bildirilir.
“Qafqazinfo”ya “Qız Qalası” restoranı ilə bağlı maraqlı məlumat daxil olub. Belə ki, sözügedən restoranın azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı İlham bəyə aid olduğu məlum olub. İfaçının əri hazırda Moskvada tanınmış iş adamlarındandır.
Qaynar.info