Xəbər lenti

DÇ-2022: Final oyununun hakimləri bəlli oldu
İdman19:31 15.12.2022

DÇ-2022: Final oyununun hakimləri bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətərdə təşkil olunan dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyununun hakimləri açıqlanıb.
Qaynarinfo-nun məlumatına görə, qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Görüşün VAR hakimi isə Tomaş Kvyatkovski olacaq.
Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.