İdman 23:55 13.12.2022

DÇ-2022: Messi rekorda ortaq oldu, Modriç isə...

Argentinalı hücumçu Lionel Messi dünya çempionatında 25-ci oyununu keçirir.

Qaynarinfo xəbər verir ki, kapitan DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə oyunda start heyətində yer alıb.

35 yaşlı hücumçu Almaniya millisinin keçmiş müdafiəçisi Lotar Matteusa məxsus dünya çempionatlarındakı oyun rekordunu təkrarlayıb.

PSJ-ni təmsil edən futbolçunun şənbə və ya bazar günü üçüncü yer uğrunda və ya final matçında iştirak edərək bu nailiyyəti üstələmək imkanı var.

Xorvatiya millisiinin kapitanı Luka Modriç isə oyuna start heyətində başlamaqla, 37 yaşından sonra ardıcıl 6-cı dəfə meydana ilk "11-lik"də çıxan 4-cü futbolçu kimi tarixə düşüb. Daha əvvəl yalnız braziliyalı Nilton Santos, italiyalı Dino Zoff və ingiltərəli Piter Şilton bunu bacarıb.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan Argentina - Xorvatiya matçında hesab açılmayıb.