Xəbər lenti

De Byazi milliləşdirmək istədiyi futbolçunun adını açıqladı
İdman07:05 29.12.2021

De Byazi milliləşdirmək istədiyi futbolçunun adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin baş məşqçisi Canni De Byazi "milliləşdirmək" istədiyi futbolçunun adını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, AFFA ilə müqaviləsi 2022-ci ilin noyabrınadək uzadılan mütəxəssis bu haqda İtaliya mətbuatına açıqlamasında bildirib. 
Müxtəlif vaxtlarda ölkəsində "Torino"nu çalışdırmış De Byazi bu klubun heyətində çıxış edən braziliyalı Qleyson Bremeri millimizdə görmək istədiyini bildirib:
"Belə futbolçuların sayları çoxdur. Mən isə Qleyson Bremer deyirəm. O, məhsuldarlığına görə A Seriyasının ən yaxşı müdafiəçilərindəndir. Əla zərbələri var, liderdir və qol vurmağı bacarır. Mükəmməl oyunçudur".
Bremer 2018-ci ildən "Torino"da çıxış edir. 24 yaşlı oyunçu ölkəsinin əsas və aşağı yaş qruplarından ibarət yığmalarına dəvət almayıb.
Səbuhi Həsənov