Xəbər lenti

Dəhşətli qasırğa xəbərdarlığı (FOTOLAR)
Dünya08:14 26.08.2017

Dəhşətli qasırğa xəbərdarlığı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Texas ştatında Harvey qasırğası səbəbilə fövqəladə vəziyyət elan edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sürəti saatda 210 km-ə çatacağı ehtimal edilən qasırğa səbəbilə artıq ötən həftədən bəri tədbirlər görülməyə başlanılıb. İnsanlar marketlərdən qida ehtiyatı yığmaq məqsədilə alış-verişlər edir.

Texas bələdiyyə sədri Qreq Abbort bildirib ki, böyük fəlakətin qarşısını almaq məqsədilə milyonlarla insan sığınacaqlara yerləşdirilib. İki dəfə ard-arda baş verəcək qasırğa nəticəsində sel və torpaq sürüşmələrinin olacağı ehtimal edilir. 

Şəhərdə bir çox müəssisə fəaliyyətini dayandırıb, uçuşlar ləğv edilib. 

Təhlükəli 5 qasırğa kateqoriyası arasında 3-cü sırada qərarlaşan Harvey barədə prezident Donald Tramp açıqlama verib və fəlakətə qarşı hazırlıqların edildiyini deyib.

Gülşən

Qaynarinfo.Az