Xəbər lenti

Dəhşətli yol qəzası: 43 ölü, 44 yaralı
Dünya06:25 10.09.2013

Dəhşətli yol qəzası: 43 ölü, 44 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, hadisə sentyabrın 9-da yerli vaxtla gecə saat 22:49-da Tehran-Qum magistralının 28-ci kilometrliyində baş verib.
 
İki avtobusun toqquşması nəticəsində ümumilikdə 87 nəfər sərnişindən 43-ü ölüb, 44-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə İsfahandan Tehrana hərəkət edən avtobus təkərinin partlaması nəticəsində qarşıdan gələn və Tehrandan Yəzdə gedən digər avtobusla toqquşması nəticəsində baş verib.
 
Avtobuslarda yanğının baş verdiyi, sərnişinlərin də yanaraq öldüyü deyilir. Yaralılardan üçünün üzərində cərrahiyyə əməliyyatı aparıldığı bildirilir.

Qaynar.info