Cənubi Amerika ölkəsi Peruda dünyanın ən təhlükəli yollarından birində dəhşətli yol qəzası baş verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təhlükəli "Curva del Diablo" döngəsində sərnişin avtobusu və yük maşını toqquşub. Nəticədə avtobus 100 metrlik uçuruma düşüb. 57 nəfər sərnişinin olduğu avtobusda azı 48 nəfər dünyasını dəyişib, 6 nəfər xilas edilib. Qalan şəxslər üçün xilasetmə tədbirləri həyata keçirilir. Ölənlərin sayının artacağı istisna edilmir.