
Türkiyəli siyasətçi, Cümhuriyyət Xalq Partiyasının Antalya millətvəkili Dəniz Baykal gecə saatlarında xəstəxanaya yerləşdirilib.
"Qaynarinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın Strasburq şəhərindən Türkiyəyə yeni qayıdan siyasətçinin gecə saatlarında temperaturu yüksəlib və xəstəxanaya aparılıb.
79 yaşlı Baykal "FOX TV" kanalında canlı yayıma bağlanıb və vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Dəniz Baykala sətəlcəm başlanğıcı diaqnozu qoyulub və müalicəsinə start verilib.
Gülşən
Qaynarinfo.Az