Xəbər lenti

Dəniz tarixinin ən ölümcül 5 döyüş gəmisi (FOTO)
Dünya 21:04 23.06.2026

Dəniz tarixinin ən ölümcül 5 döyüş gəmisi (FOTO)

Hökumətlərin hərbi gücünü okeanlarda nümayiş etdirməsinə imkan verən döyüş gəmiləri kiçik torpedo katerlərindən nəhəng aviadaşıyıcılara qədər geniş spektri əhatə edir. Tarix boyu dünya dənizlərində bir çox güclü donanma meydana çıxıb. Lakin onlardan yalnız bəziləri hərbi qabiliyyətləri və daşıdıqları silah gücü ilə dəniz tarixinin ən ölümcül vasitələri hesab olunur.

Qayanrinfo bu statusa layiq görülən dünyanın ən ölümcül 5 döyüş gəmisi təqdim edir.

Modern dövrün qoruyucusu: "Arleigh Burke” sinfi



Təyyarədaşıyıcıları qorumaqdan quru hədəflərinə zərbə endirməyə qədər çoxşaxəli tapşırıqları yerinə yetirə bilən ABŞ-a məxsus "Arleigh Burke” sinfi idarəolunan raketli esmineslər müasir dövrün ən təhlükəli dəniz vasitələri arasında sayılır. II Dünya müharibəsi və Koreya müharibəsində fərqlənmiş admiral "Arleigh A. Burke"in adını daşıyan bu gəmilər inkişaf etmiş döyüş sistemləri ilə seçilir. 

Gəminin mərkəzində yerləşən "Aegis" döyüş sistemi eyni anda çoxsaylı hədəfi izləyib məhv edə bilir. Bu sinfin 57-ci gəmisi olan "USS Gravely" (DDG 107) 2007-ci ildə Missisipidə inşa olunub və 2010-cu ildə dəniz sınaqlarını uğurla tamamlayıb. Gəmi gəmi əleyhinə, quru hücum və hava hücumundan müdafiə raketləri ilə dənizlərdə çevik güc kimi fəaliyyət göstərir.

Britaniya donanmasının dönüş nöqtəsi: "HMS Queen Elizabeth Super Dreadnaught”



I Dünya müharibəsinin super dretnotu "HMS Queen Elizabeth” döyüş gəmisi böyük hərbi gəmilərin inkişafında mühüm mərhələ sayılır. Tikintisinə 1912-ci ildə başlanılan və 1915-ci ildə tamamlanan gəmi Çanaqqala döyüşlərində də iştirak edib, daha sonra Britaniya Böyük Donanmasının flaqmanı olub. 

O yalnız mazutla işləyən və 15 düymlük toplarla silahlandırılmış ilk böyük döyüş gəmilərindən biri idi. 31 100 ton yerdəyişməyə və 200 metrdən artıq uzunluğa malik olan bu gəmi 1916-cı il Yutland döyüşündə də mühüm rol oynayıb.

Atlantikin qorxulan gücü: "Bismarck”



II Dünya müharibəsində cəmi səkkiz ay xidmət göstərməsinə baxmayaraq Almaniyanın "Bismarck” döyüş gəmisi dövrünün ən qorxulan hərbi dəniz vasitələrindən biri idi. 51 760 ton yüklü çəkisi ilə Müttəfiqlərin ticarət konvoylarını hədəf almaq üçün hazırlanmışdı. 

Onun ən məşhur hadisəsi 24 may 1941-ci ildə "HMS Hood” ilə döyüşü olub. Bir neçə dəqiqə ərzində "HMS Hood”un batırılması 1400-dən çox dənizçinin ölümünə səbəb olub və Britaniya tarixində böyük faciə kimi yadda qaldı. Daha sonra geniş miqyaslı təqib nəticəsində "Bismarck” Atlantik okeanında batırılıb.

Dünyanın ən böyük zirehli gəmisi: "Yamato”



Yaponiya İmperator Donanmasının flaqmanı "Yamato” indiyə qədər inşa edilmiş ən böyük zirehli döyüş gəmisi hesab olunur. Təxminən 70 000 ton yerdəyişməyə malik olan bu nəhəng gəmi 46 santimetrlik toplarla təchiz edilmişdi. 

II Dünya müharibəsinin son mərhələlərində "Yamato” Okinava əməliyyatı zamanı ABŞ qüvvələrinə qarşı son missiyaya göndərilib. ABŞ donanmasına məxsus aviatəşkilat qüvvələri tərəfindən aşkar edilən gəmi 386 təyyarənin koordinasiyalı hücumu ilə məhv edilib.

Okeanların milyard dollarlıq lideri: "USS Gerald R. Ford”



"USS Gerald R. Ford” (CVN 78) ABŞ-ın yeni nəsil aviadaşıyıcı sinfinin ilk nümayəndəsidir və Nimitz sinfinin yerini almaq üçün hazırlanıb. Təxminən 97 000 ton yerdəyişməyə malik olan bu gəmi dünyanın ən bahalı hərbi layihələrindən biridir (13 milyard dollardan çox). 

Gəmi "Phalanx" yaxın müdafiə sistemləri və raketlərlə qorunur, əsas gücünü isə F-35 və F/A-18 "Super Hornet" kimi döyüş təyyarələrindən alır. 4 mindən çox heyətlə idarə olunan bu platforma ABŞ-ın qlobal hərbi gücünün əsas simvollarından biridir.

Aydın
--> -->