"O kəndliyə kömək edin, yoxsa durub hamsı Bakıya gələcək"
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Ağdamdan, Ağcabədidən ona zənglər edirlər:
"Mən də onlara deyirəm niyə sığorta olunmamısan ki, dövlət də indi sənə sığorta versin? Üzümü tuturam Əli Əsədova. Camaat 10-15 min ziyana düşüb. Onlar səhv edib, sığorta etdirməyiblər. Bəs bunlar nə etsin?! Bu əhaliyə heç olmasa az miqdarda da olsa, əl tutsunlar. Yoxsa o camaat qaçıb Bakıya gələcək. Büdcəni təsdiq edəndə də gördük ki, dövlətimizin bu imkanı var. Onların evləri də dağılıb, şiferləri qırılıb. Bir əmimoğu var, başına nə boyda dolu düşübsə, aparıblar xəstəxanaya. Görün nə boyda dolu yağıb. Hörmətli Əli müəllim, siz Söyüdlü üçüm komissiya yaratmısınız, birini də bu Ağdam, Ağcabədi üçün yaradın".
Qafqaz Rafiqoğlu
Şərhlər