Xəbər lenti

Deputatdan Mixail Delyaginə cavab: “Öz problemləri var...”
Siyasət13:51 29.03.2022

Deputatdan Mixail Delyaginə cavab: “Öz problemləri var...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Delyagin və onun kimiləri Rusiyanın aşıb-daşan problemləri, qayğılarından danışsa, öz işlərilə məşğul olsa, daha yaxşı olar”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanı təhdid edərək, aqressiyada ittiham etməsi və ölkəmizə qarşı sərt addımlar atılmasının zəruriliyindən dəm vurmasına münasibət bildirərkən deyib: 
"Rusiya Dövlət Duması üzvünün bu sayaq çıxışı nə ona, nə də onun seçicilərinə hörmət gətirir. Bu gün həyat göstərir ki, sülh yolu ilə həll oluna bilən məsələləri məhz bu yolla da həll etmək lazımdır. Qarabağ Delyagin kimi Rusiyadan olan deputatların problemi deyil ki, o problemi bilmədən əsəbləri cilovlaya bilməyərək gah böhtan atasan, gah da təhqir edəsən. Qarabağ Azərbaycanın problemidir və həmin problem həll olunub. Elə məsələlər var ki, onlar da Azərbaycan dövlətinin ağıllı siyasətilə sona çatmaq ərəfəsindədir”. 
Milli Məclisin deputatı Rusiyadan olan həmkarına öz ölkəsinin problemlərilə məşğul olmağı tövsiyə edib:
"Rusiyanın öz problem və qayğıları var. Delyagin onlar barədə danışsa, daha yaxşı olar və ona da hərmət gətirər. Amma nə qədər ki, Qarabağ problemini bilməyərək həmin məsələ barədə cəfəng fikirlər səsləndirir, bu hal həmin deputatlar barədə şübhə yaradacaq. 
Rusiyadan olan deputat öz işlərilə məşğul olsa daha yaxşı olar”. 
Rüfət Sultan