Xəbər lenti

Diktator arvadının sirrli həyatı (FOTOLAR)
Dünya08:31 04.10.2017

Diktator arvadının sirrli həyatı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlk dəfə 2012-ci ildə Şimali Koreya lideri Kim Yonq Unun həyat yoldaşı olaraq mətbuata təqdim olunan Ri Sol Ju haqqında çox az məlumat var. "Qaynarinfo" diktator xanımı ilə bağlı mətbuatın əldə edə bildiyi məlumatları təqdim edir.

Cənubi Koreya kəşfiyyatının hesabatlarına görə, Ri Sol Ju hazırda 28 yaşındadır və 3 uşaq anasıdır. 

Kim və Ri Solun dəqiq nə vaxt evləndikləri bilinmir. Bəzi mənbələrə görə, Kim Yonq Un və Vil Sol Junun nigah mərasimi 2009-cu ildə baş tutub. Digər bir mənbəyə görə isə onlar 2010-cu ildə klassik bir müsiqə konsertində tanış olub. 

Ri Sol Junun diktatordan əvvəlki həyatı tamami ilə sirrli qutuya bənzəyir. Cənubi Koreya mənbələrinə görə, Ri Çində müsiqi təhsili alıb. 2005-ci ildə isə Şimali Koreyaya səfər edib.

Onun haqqında başqa bir məlumat bahalı moda zövqünün olmasıdır. Mediada yer alan fotolar göstərir ki, koreyalıların kasıb həyatı fonunda, Kimin xanımı ultra lüks çantalardan istifadə edir.

Onun üçüncü uşağını fevral ayında dünyaya gətirdiyi üçün aylardır gözlərdən uzaq həyat sürdüyü deyilir.

Cənubi Koreya mediası Kim və Rinin hər 3 uşağının qız olduğunu yazır. Bu səbəbdən Kimin liderliyini davam etdirməsi üçün oğlan uşağı dünyaya gətirmək istədiyi deyilir. 

Kim Yonq Unun həyat yoldaşını gözlərdən uzaq tutması ailə ənənələri ilə bağlıdır. Belə ki, onun atası Kim Yonq İl də heç bir həyat yoldaşını xalqın önünə çıxartmamışdı.

Gənc qadının yer aldığı az saylı dövlət tədbirlərindən biri Pyonqyanq Əyləncə Parkının açılış mərasimidir.

Aydın

Qaynarinfo.Az