Xəbər lenti

Diktator BMT-yə meydan oxudu: «Davam edəcəyik»
Dünya06:26 16.09.2017

Diktator BMT-yə meydan oxudu: «Davam edəcəyik»

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şimali Koreya lideri Kim Çen İn Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının sanksiya qərarına münasibət bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kim Çen İn sanksiya qərarına baxmayaraq nüvə proqramlarına davam edəcəklərini açıqlayıb. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası dünən Şimali Koreyanın son ballistik raket sınağı barədə görüş keçirib və təşkilat üzvlərini bu ölkəyə qarşı bu həftə qəbul edilən sanksiyaların icrasına başlamağa səsləyib.

BMT-nin son sanksiya qərarı bu ayın əvvəlində sınaqdan keçirilən hidrogen bombasına görə qəbul edilmiş, Şimali Koreyanın neft, qaz, tikiş məhsulları ixracatına qadağa qoyulmuşdu.

Gülşən

Qaynarinfo.Az