Çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Türkiyənin sosial media fenomeni Dilan Polat psixiatriya xəstəxanasına yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, 2019-cu ildən antidepresan dərman istifadə edən Dilan Polatın dərmanları bitdiyi üçün xəstəxanaya göndərildiyi bildirilir. Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb.
Xatırladaq ki, noyabrın 5-də sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub. Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar. Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.