Xəbər lenti

Dilnoza Akbarova: "Kənanı dinləyib öyrəndim" (VİDEO)
Sənət06:15 18.07.2024

Dilnoza Akbarova: "Kənanı dinləyib öyrəndim" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bayatı Şiraz” ifası ilə "O səs Özbəkistan” yarışmasına damğa vuran özbək müğənni Dilnoza Akbarova açıqlama verib.
Sənətçi "Real TV”yə müsahibəsində Azərbaycana olan sevgisini dilə gətirib:
"Diqqətinizə görə hamınıza təşəkkür edirəm. Azərbaycan xalqına, mədəniyyətinə, zəngin musiqi sənətinə böyük hörmətim var. "Bayatı Şiraz”ı oxumağıma səbəb Vətənə olan gözəl sevgi oldu, təbii ki. Düşünürəm ki, Vətəni tərənnüm edən mahnılar üçün dil, millət fərq etmir. "Bayatı Şiraz”ı hər dəfə dinləyəndə ürəyimdən, ruhumdan elə gözəl hisslər keçir ki... Bu səbəbdən "Avaz” yarışmasında oxumağa qərar verdim. Qardaşım Kənan Bayramlının ifasını dinləyib öyrəndim. Muğam çox gözəl qarşılandı. Bundan məmnunam”.