Xəbər lenti

DİN-dən Moskvadakı iğtişaşlarla bağlı AÇIQLAMA
Dünya07:43 14.10.2013

DİN-dən Moskvadakı iğtişaşlarla bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rusiya paytaxtında iğtişaşlara səbəb olan qatilin azərbaycanlı olub-olmadığı hələ məlum deyil”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.
 
Onun sözlərinə görə, hazırda Rusiya hüquq-mühafizə orqanları 25 yaşlı İqor Şerbakovu qətlə yetirən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir: “Əgər həmin şəxsin azərbaycanlı olduğu məlum olsaydı, bu barədə bizə məlumat verərdilər”.
 
E.Səmədov dünən Brulyova rayonunda baş verən iğtişaşlarda Azərbaycan vətəndaşlarının xəsarət almadığını da bildirib: “Ticarət Mərkəzində və meyvə-tərəvəz bazasına hücumlar zamanı döyülənlər Orta Asyadan olanlardır. Azərbaycanlıların xəsarət alması ilə bağlı heç bir məlumat yoxdur”.
 
Brulyova rayonunda xeyli sayda həmyerlilərimizin yaşadığını söyləyən Azərbaycan DİN-in nümayəndəsi bildirib ki, qətli törədən şəxsin hansı milliyyətə məxsus olub-olmaması önəmli deyil: “Cinayətkarın milliyyəti olmur. Qətli törədən şəxs mütləq yaxalanıb, cəzalandırılmalıdır”. E.Səmədov Brulyova rayonunda yaşayan həmyerlilərimizi diqqətli olmağa çağırıb.
 
Qeyd edək ki, oktyabrın 13-də Moskvanın Brulyova rayonunda yüzlərlə “skinhed” Qafqaz və Orta Asiyadan olan miqrantlara hücum edib. Nəticədə 5 nəfər Orta Asyadan olan miqrant ağır yaralanıb. Skinhedlər “Biryuza” Ticarət Mərkəzinə və meyvə-tərəvəz bazasına hücum edərək mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər.
 
Rusiya polisi 400 nəfərə yaxın iğtişaş iştirakçısını saxlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info