
Səudiyyə Ərəbistanlı din xadimi Əhməd İbin Səad Əl Karni səs-küyə səbəb olan açıqlamalarla yadda qalıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, din xadimi kişilərin törətdikləri təcavüz hadisələrinə, cinsi zorakılığa və xəyanətə görə qadınları günahkar bilib. Əl Karni "And olsun cinsi zorakılıq və zinanın səbəbi qadınlardır. Makyajdan, ətirdən istifadə edib evdən çıxan qadınlar sədaqətsizdir" deyib.
Din xadiminin bu sözləri sosial mediada səs küyə səbəb olub. Qadınlar bildirib ki, hər gün zorakılığa, təcazüvə məruz qalanlar çadra geyinən qadınlardır.
Gülşən
Qaynarinfo.Az