Xəbər lenti

Dindarlardan Obamaya çağırış
Dünya06:56 30.03.2013

Dindarlardan Obamaya çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir qrup xristian və yəhudi dindar ABŞ prezidenti Barak Obamadan pilotsuz təyyarə bombardmanlarının dayandırılmasını istəyib. Din xadimləri bu hücumların Xristian dəyərlərinə zidd olduğunu bildirib. 

Qaynar.info-nun məlumatına görə, "Brave New Foundation" tərəfindən hazırlanan bir video sosial şəbəkələrdə yayımlanmağa başlayıb. Videoda Xristian və Yəhudi din adamları pilotsuz təyyarələrin istifadəsini dini baxımdan uzaqdan idarə olunan qətliam adlandırıblar. 

Həmin təyyarələrin uzaqdan görüntüsünün belə insanları qorxutduğunu deyən rahib Pol Zahlın sözlərinə görə, bu cür təyyarələr insana təslim olma şansı vermir. Bu da Həzrəti İsanın təlimlərinə tamamilə ziddir. 

Rahib və hahamların Obama hökumətini tənqid etdiyi videoda pilotsuz təyyarələrlə aparılan müharibənin Roma və Katolik kilsələrinin "Haqlı Müharibə Nəzəriyyəsi" prinsiplərinə uyğun olmadığı bildirilir. 

Qaynar.info