
2012-ci ildə həyatına qəsd olunmuş Tatarıstan müftisi İldus Fayzov martın 6-da səhhəti ilə əlaqədar istefaya gedib.
“Media forum” saytı xəbər verir ki, Tatarıstan dini liderinin səlahiyyətləri müvəqqəti olaraq elmi işlər üzrə müavini Kamil Samiqullinə keçib. Müfti postuna namizədlərin ərizələri martın 14-nə kimi qəbul ediləcək, seçki isə apreldə keçiriləcək.
Fayzova qəsd olunan gündən onun səlahiyyətlərini icra edən birinci müavini Abdulla Adıqamov da bu gün istefa verib. Bu istefanın səbəbi açıqlanmır.
Fayzov 2012-ci ilin iyun ayında qəsdə məruz qalıb. Avtomobilinin partlaması nəticəsində müftinin ayaqları qırılıb. Həmin gün Fayzovın müavini Vəliulla Yaqubov güllələnib. İstintaqın versiyasına görə, cinayətləri Fayzov və Yaqubovun tənqidinə məruz qalan radikal islam tərəfdarları törədib.
Qaynar.info