Xəbər lenti

DİP-in prezidentliyə namizədi olacaqmı? (AÇIQLAMA)
Siyasət08:18 30.05.2013

DİP-in prezidentliyə namizədi olacaqmı? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Asim Mollazadə: "Partiyamız seçkilərdə iştirak edəcək"

"Seçkilərdə iştirakımızın formasını partiyanın qərarlarından sonra açıqlayacağıq". 

Bunu Qaynar.info-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib. Onun sözlərinə görə, DİP seçkilərdə iştirak edəcək: "Amma hansı formada iştirak edəcəyimiz partiyanın qərarından asılı olacaq. Namizədliyimin verilib-verilməməsi də bu qərarlardan sonra bəlli olacaq. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir".

A.Mollazadə "Milli Şurada təmsil olunma ehtimalınız varmı?" sualına cavab verərkən deyib ki, partiya hər hansısa blokda iştirakla bağlı qərar verməyib.

İlkin
Qaynar.info