Xəbər lenti

Diplomat Holokost-koronavirus müqayisəsinə görə İsraildən üzr istədi
Dünya06:43 03.02.2020

Diplomat Holokost-koronavirus müqayisəsinə görə İsraildən üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin İsraildəki müvəqqəti səfiri Çində yayılan koronavirusla II Dünya Müharibəsində baş vermiş Holokost arasında istəmədən apardığı müqayisəyə görə İsrail hakimiyyətindən üzr istəyib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Yerusəlim Post” qəzeti məlumat verib.
Bundan bir qədər əvvəl, diplomat İsrail hakimiyyətini Holokost zamanı Çinin bu ölkənin vətəndaşlarına sərhədlərini bağlamadığı kimi İsrailin də sərhədlərini Çin vətəndaşlarının üzünə bağlamamağa çağırıb.
"Milyonlarla yəhudi öldürüldü, bir çoxunun başqa ölkələrə girişi yasaqlandı. Yalnız bəziləri qapılarını açdı ki, onlardan biri də Çin idi", - deyə diplomat xatırladıb, ancaq bu çağrışından bir qədər sonra qeyd edib ki, o Holokost zamanı İsrail hökumətinin vətəndaşlarını qorumaq səyləri ilə müqayisə etmək istəməyib.