
Qaynar.info-nun məlumatına görə, Almaniya Məhsul Keyfiyyəti İnstitutunun (İFP) apardığı araşdırmalarda dönərlərdə at ətiə rast gəlindiyini açıqlayıb.
Ölkənin RTL telekanalı İFP-nin Berlin və Leypziq şəhərlərindəki 20 dönərxanalarda apardığı araşdırmanın nəticələrini açıqlayıb. Əldə olunan nümunələrin birində 1 faiz nisbətində at ətinə rast gəlinib. Araşdırmanın ölkədə yaşayan müsəlmanlar üçün ən qorxulu olanı isə 3 nümunədən 7 faiz nisbətində donuz ətinin aşkarlanması olub.
Bundan əvvəl də at əti qalmaqalları ilə gündəmə gələn Almaniya, günahkarlara ağır cəza verilməsini müzakirə edir.
Qaynar.info